Daha bir xarici KİV Azərbaycanı tərk edir?

   Daha bir xarici KİV Azərbaycanı tərk edir?
  13 Mart 2025    Oxunub:604
“Reuters” agentliyində çalışan iki müstəqil jurnalistin Azərbaycanda akkreditasiyasına artıq xitam verilib.
AzVision.az xəbər verir ki, agentliyin ölkəmizdəki ofisi Azərbaycan hökumətinin yeni siyasətinə əsasən, hər bir xarici KİV-ə yalnız bir akkreditasiya verildiyini vurğulayıb.

Bundan əvvəl Azərbaycanda “Bloomberg” agentliyinin akkreditasiyasının ləğvi ilə bağlı məlumat yayılmışdı. Xatırladaq ki, bu ilin fevralında “BBC” və “Sputnik” agentliklərinin də Azərbaycandakı nümayəndəlikləri, o cümlədən “Amerikanın Səsi” radiosunun müxbir akkreditasiyası ləğv edilib.

Qeyd edək ki, son vaxtlar ABŞ-nin yeni administrasiyasının apardığı araşdırmalar bu agentliklərin digər ölkələrin ərazilərində daha çox destruktiv və qərəzli fəlaiyyət göstərdiyini üzə çıxarıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti