Rusiya 100 min əsgər və 5 min zabit itirib

“Bu, taktikanın dəyişməsi ilə bağlıdır: təcrübəli hərbi personal indi məqsədyönlü əməliyyatlar üçün saxlanılır. Bundan əlavə, itkiləri doldurmağın əsas yolu sıravi kimi xidmət edən və komandirlərdən xeyli tez-tez ölən könüllülərin kütləvi şəkildə müharibəyə cəlb edilməsidir”, - tədqiqat müəllifləri vurğulayırlar.
Haqqında məlumatları müəyyənləşdirilən mərhumların 25%-i müharibə başlayandan sonra Rusiya ordusunda xidmət etmək üçün müqavilə imzalayıb.
Hərbi müdaxilənin ilk günlərindən jurnalistlər və könüllülər medianın, rəsmi hökumət saytlarının və sosial şəbəkələrin məlumatlarına əsaslanaraq rus əsgərlərinin ölüm xəbərlərini hesablayırlar. Statistikaya “LPR” və “DPR” adlanan hərbi birləşmələrin itkiləri daxil edilmir.
Müəlliflər bildirirlər ki, Rusiya ordusunun real itkiləri göstərilən rəqəmləri üstələyir, çünki açıq mənbələrdə bütün hərbi ölüm halları öz əksini tapmır.
Xatırladaq ki, hələ aprelin əvvəllərində NATO Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsindən sonra ölənlərin sayı 250 min olmaqla, üçuçilikdə 900 min hərbçi itirdiyini açıqlamışdı.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rusiya müharibə itkilər