London və Paris Rusiyaya zərbə endirməyə hazırdırlar

   London və Paris Rusiyaya zərbə endirməyə hazırdırlar
  13 Mart 2025    Oxunub:441
Böyük Britaniya və Fransa Moskvanın Ukraynada atəşkəsi pozacağı təqdirdə Rusiyanın hərbi obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, qərbli diplomata istinad edən “Associated Press (AP)” agentliyinin yazdığına görə, müzakirə olunan plan çərçivəsində atəşkəs razılaşmasının pozulması halında Avropa sülhməramlılarına Rusiya hərbçilərinin mövqelərinə hücuma icazə verilə bilər. Zərbələr birbaşa və dərhal olmalıdır.

“Rusiyanın yeni hücumunun qarşısını almaq üçün kifayət qədər kontingentin yaradılması variantı da nəzərdən keçirilir. Bu kontingent saatlar və ya günlər ərzində sürətlə göndərilə bilən ağır texnika və silahlarla dəstəklənəcək. Qoşunların onları mümkün hücumlardan qoruyacaq əsas infrastruktur obyektlərində, o cümlədən nüvə elektrik stansiyalarında yerləşdirmək planlaşdırılır. Bundan əlavə, sülhməramlı missiyaya Qərb aviasiyası və donanması dəstək verəcək”, - agentliyə məlumat ötürən mənbə bildirib.

15 ölkə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır
Cəbhə xəttinə nəzarətin real vaxt rejimində vəziyyəti izləməyə və mümkün təhdidlərə cavab verməyə imkan yaradan pilotsuz təyyarələrdən istifadə etməklə uzaqdan həyata keçirilməsinin nəzərdə tutulduğu vurğulanır.

Bu tədbirlər palnı Rusiyanın atəşkəsdən öz qüvvələrini cəmləşdirmək və yeni hücuma hazırlamaq üçün istifadə edə biləcəyi ilə bağlı narahatlıqlar fonunda müzakirə olunur.

Qeyd edək ki, Fransanın Müdafiə naziri Sebastyan Lekornyu, öz növbəsində, 15-ə yaxın ölkənin Ukraynaya təhlükəsizlik təminatı verməyə hazır olduğunu açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Britaniya   Fransa   Rusiya   zərbə  





Xəbər lenti