Sarkisyan Ermənistan torpaqlarını Çinə satırmış

   Sarkisyan Ermənistan torpaqlarını Çinə satırmış
  13 Mart 2025    Oxunub:637
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana torpaqların qanunsuz satışı ilə bağlı yeni ittiham irəli sürülüb.
AzVision.az Ermənistanın “Hraparak” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, Sarkisyan İrəvandakı “Yerablur” hərbi panteonunun yanında yerləşən torpaq sahələrinin qanunsuz satışı ilə bağlı iş çərçivəsində külli miqdarda vəsaiti mənimsəməkdə və çirkli pulların yuyulmasında şübhəli bilinir.

“Panteondan kifayət qədər uzaqda yerləşən bu torpaqların əsas alıcısı Çin səfirliyi olub. Müqavilə 2005-ci ildə hökumətin qərarı ilə bağlanıb və bu gün həmin yerdə Çin Xalq Respublikasının diplomatik nümayəndəliyi yerləşir”, - qəzet öz mənbələrinə istinadən yazır.

Nəşr onu da vurğulayır ki, bu proses Ermənistan-Çin münasibətlərini çətinləşdirə bilər, çünki indi rəsmi Pekin qalmaqallı cinayət işinə cəlb olunur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Sarqsyan   Çin   torpaqlar  





Xəbər lenti