Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb

Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb
  12 Mart 2025    Oxunub:474
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 19 milyard 72,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 % azalıb, qeyri neft-qaz sektorunda isə 1,7 % artıb.

ÜDM istehsalının 38,5 %-i sənaye, 10,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,6 %-i tikinti, 2,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 %-i informasiya və rabitə sahələrinin, 22 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 %-ni təşkil edib.

2 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 1 865 manat olub.

AzVision.az



Teqlər:





Xəbər lenti