Ermənilərin əksəriyyəti Konstitusiya dəyişikliyinə qarşıdır - "Gallup"

Ermənilərin əksəriyyəti Konstitusiya dəyişikliyinə qarşıdır    - "Gallup"
  12 Mart 2025    Oxunub:555
Ermənistan vətəndaşlarının əksəriyyəti Konstitusiyanın dəyişdirilməsinin əleyhinədir. Lakin insanlar növbədənkənar seçkilərin keçirilməsinin əleyhinə deyillər.
AzVision.az xəbər verir ki, bununla bağlı aparılmış müvafiq sorğunun nəticələrini "Gallup" Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan təqdim edib.

Qalyan: “Ermənistana yeni Konstitusiya lazımdır”
Respondentlərdən dəyişikliyi zəruri hesab edib-etmədikləri soruşulub. Rəyi soruşulanların 18,4%-i Konstitusiyanın bəzi bəndlərinin dəyişdirilməsinə ehtiyac olduğunu qeyd edib. 7,5% yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyi ilə razıdır. Digər 59,6% isə bu mühüm sənədin dəyişməz qalmasının tərəfdarı olub. 14,5% sorğuya cavab verməkdə çətinlik çəkib.

Navasardyan xatırladıb ki, 2024-cü ilin yanvarında Nikol Paşinyan bu məsələni ilk dəfə açıqlayıb gündəmə gətirəndə rəqəmlər fərqli idi. Daha sonra 14% bəzi məqamların dəyişdirilməsinin zəruriliyindən, 13% yeni Konstitusiyanın qəbulundan danışdı. 34,2% isə dəyişikliklərin əleyhinə olmuşdu.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevral ayında vətəndaşlara müraciət etdi. O, yeni Konstitusiyaya ehtiyac olduğunu bir daha bəyan edərək, hazırkı və əvvəlki Konstitusiyaların qəbulu üçün keçirilmiş bütün əvvəlki referendumların “legitimliklə bağlı problemləri” olduğunu vurğulayıb.

Amma Ermənistanın indiki Konstiusiyasında ən ciddi problem orada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının ehtiva olunmasıdır. Lakin rəsmi İrəvan həmin iddiaların Ermənistan Konstitusiyasından çıxarılması barədə Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdən yayınmağa çalışır. Bu isə Cənubi Qafqazda davamlı sülhün və sabitliyini bərqərar olmasını əngəlləyir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Konstitusiya   Ermənistan   Sorğu  





Xəbər lenti