Kreml Putinlə Tramp arasında telefon danışığını istisna etmir

"Biz ən yüksək səviyyədə telefon danışığı mövzusunun ortaya çıxmasını istisna etmirik. Amerikalılarla mövcud dialoq kanalları bunu kifayət qədər qısa müddətdə etməyə imkan verir", - Peskov qeyd edib.
Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Danışıqlar təxminən 9,5 saat davam edib. Görüşdən sonra Vladimir Zelenskinin saytında tərəflərin birgə bəyanatı dərc edilib. Bəyanata əsasən Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır. Rəsmi Vaşinqton isə dərhal kəşfiyyat məlumatlarının mübadiləsində yaranmış fasiləni aradan qaldıracaq və Kiyevə yardımı bərpa edəcək.
Tural Tağıyev
AzVision.az
Teqlər: