Sahibə Qafarova Şimali Makedoniya Prezidenti ilə görüşüb

Sahibə Qafarova Şimali Makedoniya Prezidenti ilə görüşüb
  12 Mart 2025    Oxunub:480
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AzVision.az -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Sahibə Qafarova diqqətə çatdırıb ki, iki ölkə arasında siyasi əlaqələrin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər xüsusi rol oynayır.

Bildirilib ki, bu səfər Azərbaycan və Şimali Makedoniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi ilə üst-üstə düşür. Ötən illər ərzində Azərbaycan və Şimali Makedoniya dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanaraq ikitərəfli əlaqələr qurub.

Söhbət zamanı qeyd olunub ki, bu gün iqtisadiyyat, ticarət, sərmayə, enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əlaqələri gücləndirmək və əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı perspektivlər mövcuddur və bu məsələlər ölkə başçıları arasında keçirilən görüşdə müzakirə edilib.

Şimali Makedoniya Respublikasının Prezidenti Azərbaycanı dost və yaxın ölkə adlandırıb, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Sahibə Qafarova diqqətə çatdırıb ki, ikitərəfli və çoxtərəfli əlaqələrə müsbət və əhəmiyyətli təsir göstərən amillərdən biri parlamentlər arasındakı qarşılıqlı əlaqələrdir. Bu baxımdan qanunverici orqanları arasında münasibətlərin daha da genişləndirilməsinin, o cümlədən beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.

Görüşdə təhsil və mədəniyyət sahələrindəki əməkdaşlığın əhəmiyyəti qeyd olunaraq, vurğunaıb ki, humanitar sahədə əməkdaşlıq ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Prezident Qordana Silyanovska-Davkova Azərbaycanın zəngin mədəni irsə malik olduğunu söyləyib. Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti