WP: “Ukraynanın hücumu uğursuz oldu”
“Rusiya durmadan sol cinahda irəliləyir və əsirlər götürür. Hazırda üstünlük Rusiya hərbçilərinin tərəfindədir. Üstünlük, digər məqamlarla yanaşı, Kursk bölgəsindəki hərbi toqquşmaların episentrlərinə əhəmiyyətli qüvvələrin köçürülməsi sayəsində əldə edilib. Rusiyanın geri qaytarmaq cəhdləri fonunda Ukrayna tədricən ərazilərini itirir”, - WP-nin Ukraynadakı baş müxbiri Sivon O’Qreydi yazır.
Virciniyadakı Dəniz Təhlili Mərkəzinin analitiki Maykl Kofmanın fikrincə, Kursk bölgəsində Ukrayna əsgərlərinin işğal olunmuş əraziləri nəzarətdə saxlaması getdikcə simvolik xarakter alır.
- Ukraynanın Kursku mümkün qədər uzun müddət saxlamağa və bu müharibədə hələ də hücum imkanlarına malik olduqlarını nümayiş etdirməyə çalışmaq üçün Kiyevin açıq-aşkar motivasiyası var”, - ekspert vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az