Simonyan: "Ərim can verir"

   Simonyan:    "Ərim can verir"
  09 Yanvar 2025    Oxunub:428
Erməniəsilli rusiyalı rejissor və prodüser Tiqran Keosayan klinik ölüm keçirdikdən sonra komaya düşüb.
AzVision.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Marqarita Simonyan Telegram kanalında məlumat yayıb.

Simonyanın evinin yanında PUA vurulub
O qeyd edib ki, 59 yaşlı ərinin uzun müddətdir ürəyində problem var imiş. 2008 və 2010-cu illərdə Keosayan iki dəfə infarkt keçirib.

“Son ana qədər paylaşmaq istəmədim. Amma jurnalistlər artıq ardıcıl zəng vurmağa başladılar. Buna görə də özüm yazmalı oldum- həyat yoldaşım Tiqran Keosayan klinik ölüm keçirdi və hazırda komadadır. Əksəriyyətin də bildiyi kimi, uzun müddətdir onun ürəyi ağır xəstə idi", - Simonyan yazıb.

"Baza" Telegram kanalının məlumatına görə, 59 yaşlı Keosayan dekabrın sonunda xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini son dərəcə ağır qiymətləndirirlər.

Keosayan daha çox teleaparıcı kimi tanınır. Anti-Azərbaycan mövqeyi və radikal separatçı çağırışları ilə seçilən Keosayan REN TV-də “Veçer s Tiqranom Keosayanom" və “Xvatit molçatl!” verilişlərinin aparıcısı olub. O, NTV-də "Mejdunarodnuyu piloramu"nu da aparıb.

2022-ci il fevralın 28-də Avropa İttifaqı Keosyanı Krım və Donbasdakı separatçı hərəkatları dəstəkləməkdə və anti-Ukrayna təbliğatını yaymaqda ittiham edərək, sanksiya siyahısına daxil edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Koma  





Xəbər lenti