İraq və Suriyanın şimalında 13 terrorçu zərərsizləşdirilib

İraq və Suriyanın şimalında 13 terrorçu zərərsizləşdirilib
  01 Oktyabr 2024    Oxunub:397
Türkiyə ordusu İraqın şimalında "Pəncə-Kilid" əməliyyat bölgəsində 11 PKK, Suriyanın şimalında "Barış Pınarı" əməliyyat bölgəsində isə 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
AzVision.az xəbər verir ki, bu
TSQ daha iki terrorçunu zərərsizləşdirib - VİDEO
barədə Türkiyənin Müdafiə Nazirliyi "X"də məlumat yayıb.

Bildirilib ki, terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir. Xatırladaq ki, İraqın şimalında “Pəncə-Kilid” şərti adı altında aparılan əməliyyat keçən il aprelin 17-də başlayıb.

“Barış pınarı” əməliyyatı isə 2019-ci il oktyabrın 9-da başlayıb. Əməliyyatlar davam edir.



Həmidə İbrahimova
AzVision.az





Teqlər:   TürkiyəSilahlıQüvvələri  





Xəbər lenti