"HDQ-də döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir

"HDQ-də döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir
  01 Oktyabr 2024    Oxunub:370
Bakıda NATO-nun əməliyyat imkanları konsepsiyası proqramı çərçivəsində "Hərbi Dəniz Qüvvələrində (HDQ) döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, NATO və tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən kursun əsas məqsədi HDQ-nin müxtəlif səviyyəli bölmələrinin döyüş hazırlığının qiymətləndirilməsi üçün NATO və milli qiymətləndiricilərin hazırlanmasından ibarətdir.

AzVision.az


Teqlər:





Xəbər lenti