Merin ailəsi yanaraq öldü - Yenilənib (FOTO)
Qeyd edək ki, Fransada sonuncu belə qəza 1982-ci ildə baş verib. Həmin qəzada 44-dü azyaşlı olmaqla 53 nəfər ölüb.
**
Fransanın cənub-qərbində ağır yol qəzası baş verib. AzVision.az xəbər verir ki, bu haqda “France Press” məlumat yayıb. İlkin məlumata görə, Jironde regionunun Liburn şəhəri yaxınlığında sərnişin daşıyan avtobusla qarşıdan gələn yük maşını toqquşub. Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsi yanıb.
Avtobusda olan sərnişinlərin 42-si yanaraq dünyasını dəyişib.
İlkin Nəcəfzadə
AzVision.az