Məktəbə dəhşətli hadisə: 1 ölü, 4 yaralı var

Məktəbə dəhşətli hadisə: 1 ölü, 4 yaralı var
  23 Oktyabr 2015    Oxunub:3359
İsveçdə qılıncla silahlanmış maskalı şəxs məktəbə soxularaq 1 nəfəri öldürüb və daha 4 nəfəri isə yaralayıb.
Ölənin kimliyi barədə məlumat olmasa da yaralılardan 4 nəfərin uşaq olduğu bildirilir.

Yaralananların birinin müəllim, dördünün isə şagird olduğu bildirilir. Son məlumata görə, yaralı müəllim xəstəxanada keçinib. İki şagird əməliyyat olunub. Hadisə yerinə gələn polis hücum edəni güllələyib. İnsident oktyabrın 22-si səhər saatlarında “Kronan” məktəbində baş verib. Polis cinayətkarı həbs edərkən atəş açmağa məcbur olub. Onun səhhəti barədə məlumat verilmir.

Bu məktəb böyüklüyünə görə ikinci olan Hoteburq şəhərinin yaxınlğında yerləşir. Yaralılar xəstəxanaya çatdırılıb və onların yeniyetmə olduqları bildirilir. Həmin məktəbdə 400 uşaq oxuyur. Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti