ABŞ-ın İrəvandakı səfirliyində intihara cəhd

ABŞ-ın İrəvandakı səfirliyində intihara cəhd
  23 Oktyabr 2015    Oxunub:1894
ABŞ-ın Ermənistandakı səfirliyində 38 yaşlı kişi intihara cəhd edib.
AzVision.az bu barədə Ermənistanın “news.am” saytına istinadən xəbər verir.

Məlumata görə, milliyyətcə erməni olan Rusiya vətəndaşı özünə xəsarət yetirəcəyini deyərək səfirliyi bir-birinə qatıb.

İlkin müdaxilədən sonra onun intihar cəhdinin qarşısı alınıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti