Almaniyada namizəd qadın bıçaqlandı
AzVision.az “Deutschlandfunk” xəbər portalına istinadən bildirir ki, 1990-cı illərdən bu yana Köln şəhərində neonasistlərin fəallığı hiss olunur.
Baş vermiş olaya Almaniya rəsmilərindən Bundestaq üzvü Kerstin Tak münasibət bildirərək qeyd edib ki, “Hər gün ölkədə miqrant böhranından danışılır, amma Almaniyadakı əsl nasizm böhranından danışan yoxdur”.
Bundestaqın vitse-prezidenti Petrau Pau isə bildirib ki, “Xəbəri eşidəndə heç təəccüblənmədim, çünki Almaniyada “PEGİDA” və “Alternativ Almaniya” kimi sağ sektorun miliyyətçi çıxışlarından ruhlanaraq zor gücünə əl atanlar var”.
Xanım namizədə qarşı hücumun səbəbi kimi bu göstərilri ki, o, kommunal siyasətdən danışarkən, miliyyətçiliyə toxunmayıb. Ehtimal olunur ki, cinayət planı “Azad Alman partiyası” (FAP) tərəfindən hazırlanıb.
Fərrux Həsənov
AzVision.az