`Merkel Almaniyanı dilemma qarşısında qoyub`

`Merkel Almaniyanı dilemma qarşısında qoyub`
  21 Oktyabr 2015    Oxunub:1631
Almaniya kansleri Angela Merkel Macarıstandan geri qaytarılan miqrantları da qəbul etməklə “miqrant siyasəti”ni xalqın gözündə kritik həddə çatdırıb.

Almaniyanın “Focus” jurnalında yayımlanan məqalədə deyilir ki, kansler Merkelin mühacir siyasətində heç bir dəyişiklik etməməsi vətəndaşlar arasında birmənalı qarşılanmır. İnsanlar kanslerin onları başa düşmədiyi qənaətinə gəlirlər.

“Focus Online” nəşrinin suallarını cavablandıran almaniyalı politoloq Yürgen Falter qeyd edib ki, Angel Merkel miqrasiya ilə bağlı başqa bir şey deyir, amma tamamən fərqli siyasi kurs ortaya qoyur. O, həqiqəti söyləmir.

Politoloq onu da deyib ki, Merkelin miqrant qəbulu məsələsinə yanaşması humanist addım olsa da, bu jest digər müharibə ocaqlarındakı insanları Almaniyaya cəlb edir. Bu isə xoşagəlməz faktordur.

“Demək olar ki, indi Merkel dilemma qarşısında qalıb. Ümumiyyətlə, bütünlükdə Almaniyanın bütöv siyasi kursu dilemma qarşısındadır, amma hazırkı problemlərdən uğurlu çıxış yolu görünmür”, – deyə Politoloq fikrini tamamlayıb.

Fərrux Həsənov


Teqlər:  





Xəbər lenti