Almaniya Bakıda viza verməyi dayandırdı – Müvəqqəti

Almaniya Bakıda viza verməyi dayandırdı – Müvəqqəti
  21 Oktyabr 2015    Oxunub:3025
Almaniyanın Azərbaycandakı səfirliyinin viza şöbəsi noyabrın 2-dən 6-dək bağlı olacaq.
AzVision.az səfirliyin saytına istinadən verdiyi xəbərə görə, diplomatik nümayəndəliyin viza şöbəsi yeni ofisə köçür.

Təmir işləri və sonrakı köçmə ilə əlaqədar olaraq, viza şöbəsi bir neçə gün bağlı olacaq.

Almaniya səfirliyinin viza şöbəsinin yeni ofisi noyabr ayının əvvəlindən "İSR Plaza" otelinin 7-ci mərtəbəsinə köçəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti