Avropanın ən varlı və ən kasıb ölkələri – REYTİNQ
“Creduit Suisse”nin məlumatına görə, Avropanın ən kasıb sakinləri Ukraynada yaşayır.
Burada orta statistik ukraynalının gəlirləri 1437 dollar təşkil edir. “Antireytinq”in 2-ci pilləsində Belarus (1551 dollar), 3-cü pilləsində isə Moldova (3104 dollar) yer alıb.
Avropanın ən firavan ölkəsi isə İsveçrədir. Bu ölkədə hər bir vətəndaşın 576 min dollarlıq maliyyə vəsaiti var.
1. İsveçrə - 576 min dollar
2. İslandiya – 351 min dollar
3. Norveç – 321 min dollar
4. Böyük Britaniya – 320 min dollar
5. Lüksemburq – 304 min dollar
6. Fransa – 262 min dollar
7. Belçika – 259 min dollar
8. Danimarka – 252 min dollar
9. İtaliya – 204 min dollar
10. İrlandiya – 195 min dollar
14. Almaniya – 177 min dollar
16. Finlandiya – 150 min dollar
18. İspaniya – 112 min dollar
24. Türkiyə - 17 min dollar
27. Rusiya – 12 min dollar
38. Moldova – 3104 dollar
39. Belarus – 1551 dollar
40. Ukrayna – 1437 dollar
Teqlər: