Suriyada 400 İran hərbçisi öldürülüb

Suriyada 400 İran hərbçisi öldürülüb
  21 Oktyabr 2015    Oxunub:2350
Suriyada son dörd ildə gedən döyüşlərdə İran 400-dən çox hərbçisini itirib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, ölənlərdən 8-i general, 26-sı isə yüksək vəzifəli hərbçilər olub.

Qeyd edək ki, İran Suriyada hərbi təlimatçılarının sayını artırıb. Suriyada hərbi müşavirlərin sayının artırılması bu ölkədə sabitliyin bərqərar olmasına yönəlib.

Rəsmi Tehran bildirib ki, onlar Dəməşqin rəsmi xahişi əsasında antiterror kampaniyasının aparılmasına dəstək məqsədilə oradadırlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti