Ermənistanın Milli Elmlər Akademiyasında cəsəd aşkarlanıb
"019 saylı təcili tibbi yardım qrupu Milli Elmlər Akademiyasına yola düşüb. Onlar Baqramyan prospektində kişi cəsədi aşkarlayıblar. Polis və müstəntiqlər Milli Elmlər Akademiyasının Mexanika İnstitutunun 2-ci mərtəbəsindəki kabinetdə huşsuz vəziyyətdə olan şəxsin artıq öldüyünü öyrəniblər. O, Ararat rayon sakini, 67 yaşlı Vardan T. olub. Məhkəmə-tibb ekspertinin ilkin rəyinə görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı Ərəbkir rayon İstintaq şöbəsində “qətl” (qəfil ölüm) maddəsi ilə cinayət işi açılıb",- nəşr yazıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: