- Ölkəmizin baş nazirin rəhbərliyi altında iflas etdiyini sübut edən yeni məlumatlar Britaniyanın "Legatum Prosperity Index"nin (Legatum Rifah İndeksi-red.) bu yaxınlarda dərc olunmuş və ölkələrin builki rifah göstəricilərinə istinad edən araşdırması sayəsində toplanıb, - müxalif siyasətçi qeyd edib.
![]() |
"Erkən seçkilər intihara bərabərdir" - Paşinyan |
Qeyd edilir ki, şəxsi azadlıqlar və idarəetmə sahəsindəki vəziyyət xüsusilə fəlakətli şəkildə pisləşib. Belə ki, siyasi hesabatlılıq indeksi azalıb, idarəetmə orqanlarına institusional inam aşağı düşüb. Bundan başqa, hökumətin səmərəliliyində, eləcə də bu kimi istiqamətlərdə kəskin eniş müşahidə olunub. Həmçinin, qanunun aliliyi göstəriciləri azalıb.
"Ermənistandakı biabırçı vəziyyətə bu amillər də dəlalət edir. Ölkə işgəncələrdən istifadə üzrə - 120-ci, siyasi həbslər üzrə - 78-ci, mətbuat azadlığı üzrə - 109-cu, icra hakimiyyətləri indeksi üzrə - 102-ci, institusional etimadda, 129, polisə inamsızlıqda 120, hüquq-mühafizə sisteminə və məhkəmələrə inamda 150-ci yerdəyik. Ermənistan siyasi terrora görə isə dünyada 91-ci yerdədir. Qeyd edim ki, tədqiqat 167 ölkə səviyyəsində aparılıb", - Aşotyan gileylənib.
O xüsusi olaraq vurğulayıb ki, bu göstəriciləri bir araya gətirəndən sonra Paşinyanın rəhbərlik etdiyi Ermənistanın təkcə rifah, demokratiya və təhlükəsizlikdə deyil, həm də bir sıra vacib göstəricilərdə, xüsusən də hakimiyyətin fəaliyyəti və azadlıqları ilə bağlı biabırçı mövqe tutur.
- Bir sözlə, Paşinyan administrasiyası Ermənistanda təkcə təhlükəsizlik baxımından yox, həm də idarəçilik və azadlıqlar baxımından total fiaskoya uğrayıb. Nəhayət, ən maraqlısı odur ki, ölkəmiz milli hökumətə etimad indeksində 167 ölkə arasında 146-cı yerdədir. Yəni Nikol dünyanın ən qeyri-legitim liderlərindən biridir, - o, qeyd edib.
Tural Tağıyev
AzVision.az