Voskanyan: "İran bizimlə hərbi müqavilə imzalamağı planlaşdırır"

      Voskanyan:    "İran bizimlə hərbi müqavilə imzalamağı planlaşdırır"
  05 Aprel 2023    Oxunub:820
"İran Azərbaycanla münasibətlərdəki böhran kontekstində Ermənistana hərbi-texniki yardım göstərməyə hazırdır".
AzVision.az xəbər verir ki, bunu erməni politoloq və iranoloq Vardan Voskanyan yerli mediaya açıqlamasında deyib. O, Tehranın atmağa hazır olduğu addımları göstərən xüsusi qrafik təsvirlərini yayan İran elektron resurslarına istinad edib.

“Bu məlumatlara əsasən, Tehran təlimlər keçirməyi, Bakıya diplomatik kanallarla xəbərdarlıq etməyi, Ermənistanla hərbi müqavilə imzalamağı, PUA və raketlərdən istifadə etməklə məhdud hərbi əməliyyat keçirməyi, Ermənistan ordusunu silahlarla dəstəkləməyi və hərbi müşavirlər göndərməyi planlaşdırır”, - Voskanyan deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Ermənistan  





Xəbər lenti