Yaponiya NATO-da daimi nümayəndəlik açır

 Yaponiya NATO-da daimi nümayəndəlik açır
  05 Aprel 2023    Oxunub:910
NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın tərəfdaşlarından biri olan Yaponiyanın NATO-da diplomatik nümayəndəlik açmaq qərarına gəldiyini bildirib.
Stoltenberq və Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi NATO Xarici İşlər Nazirləri Toplantısının ilk gün iclaslarından sonra birgə mətbuata bəyanatla çıxış ediblər .

Yaponiyanın Rusiya-Ukrayna müharibəsini pislədiyini və NATO-nun Ukraynaya yardım paketinə verdiyi maliyyə dəstəyini alqışladığını ifadə edən Stoltenberq deyib: “İndi Hind-Sakit okean, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və Avstraliyadakı tərəfdaşlarımızla əməkdaşlığımızı sürətləndiririk”.

Stoltenberq Yaponiyanın NATO-da xüsusi diplomatik nümayəndəlik açmaq qərarını da yüksək qiymətləndirib.

Yaponiya naziri Hayaşi vurğulayıb ki, status-kvonun güc yolu ilə dəyişdirilməsi ilə yanaşı, hətta nüvə silahından istifadə və bununla bağlı müzakirələr də qəbuledilməzdir.

AzVision.az



Teqlər:





Xəbər lenti