İran diplomatının “kəşfi” və böhtanı - VİDEO
![İran diplomatının “kəşfi” və böhtanı - VİDEO
İran diplomatının “kəşfi” və böhtanı - VİDEO](https://azvision.az/photos/2023/04/yhyhyhyhyyh-1680633309.jpg)
Bu müddətdə İran tərəfinin gördüyü yeganə iş terror aktını törətmiş Yasin Hüseynzadəni xalq arasında deyildiyi kimi, dəlixanaya salmaq olub.
Beləliklə, ötən iki ay ərzində İran hakimiyyətinin mühafizəsinə cavabdeh olduğu xarici diplomatik nümayəndəliyə silahlı hücumla bağlı mövqeyi yalnız iki tezislə məhdudlaşıb: birincisi, hadisə şəxsi zəmində baş verib; ikincisi, hadisəni törədən şəxs psixikası pozulmuş durumda olub.
Həmin tezisləri əsaslandırmaq üçün İran hakimiyyətinin təmsilçiləri, necə deyərlər, saman çöpündən də yapışmağa cəhd edirlər. Sonuncu belə cəhd İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin tərəfindən edilib.
“Azad İran” “YouTube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
Teqlər: İran