Trepova iki ay müddətinə həbs olunub

Trepova iki ay müddətinə həbs olunub
  04 Aprel 2023    Oxunub:959
Sankt-Peterburqda kafedə partlayış törətməkdə şübhəli bilinən Darya Trepova iki ay müddətinə azadlıqdan məhrum edilib.
AzVision.az xəbər verir ki, Rusiya İstintaq Komitəsi D.Trepovaya qarşı terror aktı törədilməsi və qeyri-qanuni partlayıcı maddə daşınması ilə bağlı maddələr üzrə ittiham irəli sürüb.

Xatırladaq ki, aprelin 2-də Sankt-Peterburqdakı kafelərdən birində törədilmiş partlayış zamanı hərbi müxbir, Vladlen Tatarski kimi tanınan Maksim Fomin həlak olub. Partlayış nəticəsində 40 nəfər yaralanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti