Tramp həbs edildi
![Tramp həbs edildi Tramp həbs edildi](https://azvision.az/photos/2023/04/1680630268.jpg)
Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək. Trampın yarım saat ərzində məhkəməni sərbəst tərk edəcəyi gözlənilir.
Daha əvvəl “Yahoo News” portalı prokurorluqdakı mənbələrə istinadən məlumat yayıb ki, Trampa qarşı qaldırılacaq 34 bəndlik ittihamların hər biri 4 ilədək həbs cəzası ehtimalını ehtiva edir.
“Donald Tramp çərşənbə axşamı həbs olunacaq və ona qarşı maliyyə sənədlərinin saxtalaşdırılmasına görə 34 ağır cinayət maddəsi üzrə ittihamlar barədə məlumat veriləcək”, - mənbə bildirib.
Nyu-Yorkun cinayət məcəlləsinə görə, bu, dörd ilə qədər həbslə cəzalandırıla bilər.
AzVision.az