Finlandiya Rusiyadakı daha bir konsulluğunun işini dayandırdı

   Finlandiya Rusiyadakı daha bir konsulluğunun işini dayandırdı
  04 Aprel 2023    Oxunub:767
Finlandiya Xarici İşlər Nazirliyi Sankt-Peterburqdakı Baş Konsulluğun nəzdində fəaliyyət göstərən Petrozavodsk şəhərindəki konsulluğun işini müvəqqəti dayandırmaq qərarına gəlib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya hökuməti məlumat yayıb. Diplomatik missiyanın fəaliyyətinin hansı səbəbdən dayandırılmasının səbəbi açıqlanmayıb. Bu ilin əvvəlində Finlandiya XİN Murmanskdakı konsulluğunun işini dayandırıb.

Qeyd olunub ki, Finlandiya NATO-ya rəsmi üzv olub. Ölkənin Alyansa qəbulu ilə bağlı rəsmi mərasim bu gün təşkilatın Brüsseldəki mənzil-qərargahında keçirilib. Finlandiya Rusiyanın Ukraynaya hərbi təcavüzünə cavab olaraq neytrallıqdan əl çəkib və Alyansa üzv olmaq qərarına gəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti