Rusiya-Ukrayna müharibəsində ölən uşaqların sayı 500-ü keçib

   Rusiya-Ukrayna müharibəsində ölən uşaqların sayı 500-ü keçib
  04 Aprel 2023    Oxunub:5047
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 501 uşaq müharibənin qurbanı olub.
AzVision.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel deyib.

Həqiqi ölənlərin sayının UNICEF-in təsdiq etdiyi rəqəmlərdən çox ola biləcəyini qeyd edən Russell müharibədə ən az 1000 uşağın yaralandığını qeyd edib.

"Hər bir rəqəmin arxasında dağılan və əbədi olaraq dəyişən bir ailə dayanır. Bu, ürək ağrıdır. Nəhayət, uşaqların və ailələrin sülhə ehtiyacı var və bu, tezliklə olmayacaq", - Rassel bildirib.

Qeyd edək ki. 2022-ci ilin fevralın 24-də Rusiya Ukrayna ərazisində genişmiqyaslı hərbi əməliyyata başlayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti