ABŞ Türkiyə müxalifətindən Rusiyaya qarşı istifadə etmək istəyir
![ABŞ Türkiyə müxalifətindən Rusiyaya qarşı istifadə etmək istəyir ABŞ Türkiyə müxalifətindən Rusiyaya qarşı istifadə etmək istəyir](https://azvision.az/photos/2023/04/AP172300898991-pic4_zoom-1500x1500-49142-1680596647.jpg)
Türkiyə Ordusunun istefada olan polkovniki Eray Güçlüer “Aydınlık” qəzetinə müsahibəsində deyib ki, ABŞ müxalif ittifaqı Rusiya üçün “yaşıl ittifaq”a çevirə və bölgədə Ankara ilə Moskva arasında toqquşma üçün bundan istifadə edə bilər.
Onun sözlərinə görə, müxalifət qalib gəlsə, Suriyada yeni münaqişə başlaya, ABŞ və NATO-nun orada mövcudluğunu gücləndirmək planlarına görə Qara dənizdə vəziyyət daha da gərginləşə bilər.
Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: