Avropada hücumları planlaşdıran İŞİD lideri öldürülüb
“ABŞ Mərkəzi Komandanlığı qüvvələri aprelin 3-də Suriyaya birtərəfli zərbə endirib və nəticədə İŞİD liderlərindən biri, Avropada hücumlarının planlaşdırılmasına və terror təşkilatının rəhbərlik strukturunun hazırlanmasına cavabdeh olan Xalid Ayad Əhməd əl-Cəburi öldürülüb", - CENTCOM-un Twitter-də yayılan açıqlamasında deyilir.
Qeyd edilir ki, əməliyyat zamanı mülki şəxslərdən heç kim xəsarət almayıb. CENTCOM-un məlumatına görə, Xalid Ayad Əhməd əl-Cəburinin aradan qaldırılması terror təşkilatının xaricdə hücumlar planlaşdırma qabiliyyətini müvəqqəti olaraq zəiflədəcək.
Tural Tağıyev
AzVision.az