Sankt-Peterburqda partlayışda yaralananların sayı 40-a çatıb
![Sankt-Peterburqda partlayışda yaralananların sayı 40-a çatıb Sankt-Peterburqda partlayışda yaralananların sayı 40-a çatıb](https://azvision.az/photos/2023/04/Screenshot_1-1680591488.jpg)
"Sankt-Peterburqda kafedə baş vermiş insident nəticəsində üçü azyaşlı olmaqla 40 nəfər tibbi yardıma müraciət edib", - nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, aprelin 2-də Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib. Partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.
Nəticədə bir nəfər ölüb, 32 nəfər yaralanıb. Qeyd olunub ki, ölən hərbi jurnalist Vladlen Tatarskidir.
Tatarskiyə içərisində bomba olan heykəlcik hədiyyə edən rus qadın Daria Trepova terror aktı törətməkdə şübhəli bilinir. Qız partlayışdan təxminən bir gün sonra Sankt-Peterburqda kirayədə qaldığı mənzildə saxlanılıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: