Niderlandda sərnişin və yük qatarları toqquşub, ölən və yaralananlar var

Niderlandda sərnişin və yük qatarları toqquşub,   ölən və yaralananlar var
  04 Aprel 2023    Oxunub:1257
Niderlandın Vorşoten şəhərində sərnişin və yük qatarları toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, 30 nəfər xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə "NRC Handelsblad" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, qəza bazar ertəsindən çərşənbə axşamına keçən gecə baş verib.

Qəzanın səbəbləri müəyyən edilmədiyi kimi, itkilərin olub-olmaması hələ ki, bəlli deyil. Təcili xidmətlər yerindədir.

AzVision.az


Teqlər:





Xəbər lenti