ABŞ ordusunun 10 min əsgəri piylənmədən əziyyət çəkir

ABŞ ordusunun 10 min əsgəri piylənmədən əziyyət çəkir
  03 Aprel 2023    Oxunub:841
Pandemiya ABŞ ordusunun 10 000 əsgərini kökəldib.
Bu barədə “CNA” xəbər agentliyi məlumat yayıb. Bəzi məlumatlara görə, 2019-cu ilin fevralından 2021-ci ilin iyununa qədər orduda 10 minə yaxın çağırışçı piylənməyə məruz qalıb ki, nəticədə bu rəqəm bütün hərbi qulluqçuların demək olar ki, dörddə birinə çatıb.

Hələlik tendensiyanın azaldığına dair heç bir əlamət yoxdur. Bu vəziyyət ABŞ ordusunun hazırlığı ilə bağlı uzun müddətdir mövcud olan narahatlığı vurğulayır. Hərbi liderlər artıq on ildən çoxdur ki, piylənmənin orduya təsiri barədə xəbərdarlıq edib və pandemiyanın uzun sürən təsirləri təcili tədbirlərin görülməsinə işarə edib.

Məlumdur ki, 2022-ci ildə ordu ilk dəfə olaraq çağırış məqsədinə nail ola bilməyib və 15 000 əsgər yeri boş qalıb. Bu, əsasən, 17-24 yaşlı amerikalıların dörddə üçünün müxtəlif səbəblərdən, o cümlədən artıq çəkiyə görə hərbi xidmətə yararsız olması ilə bağlıdır.

Pandemiyadan əvvəl təxminən 200 000 əsgərin demək olar ki, 27% -i artıq çəkidən əziyyət çəkirdi. 2021-ci ilə qədər bu rəqəm 23%-ə yüksəlib. Mülki şəxslər də daxil olmaqla, amerikalıların təxminən yarısı pandemiyanın ilk ilindən sonra çəki artımı olduğunu bildirib.

Alimlərin fikrincə, ölkədə böyüklərin 40%-dən çoxu və uşaqların demək olar ki, 20%-i piylənmədən əziyyət çəkir.

AzVision.az




Teqlər:





Xəbər lenti