NATO: Rusiya nüvə qüvvələrinin konfiqurasiyasında dəyişikliklər yoxdur

   NATO:    Rusiya nüvə qüvvələrinin konfiqurasiyasında dəyişikliklər yoxdur
  03 Aprel 2023    Oxunub:734
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans hələlik Rusiyanın nüvə qüvvələrinin konfiqurasiyasında cavab tələb edəcək hər hansı dəyişiklik qeydə almayıb.
Bu barədə TASS məlumat yayıb. "Biz ayıq-sayıq qalırıq və Rusiyanın nə etdiyini izləyirik, lakin Rusiya Federasiyasının nüvə qüvvələrinin hərəkətində mövqeyimizin dəyişməsini tələb edəcək hər hansı dəyişiklik görməmişik"- o bildirib.

O, həmçinin qeyd edib ki, NATO Moskvanın Belarus ərazisində taktiki nüvə silahı yerləşdirmək qərarından sonra vəziyyətə nəzarəti davam etdirəcək.


AzVision.az


Teqlər:





Xəbər lenti