Ceyhun Bayramov Qazaxıstanın yeni XİN rəhbərini təbrik edib

Ceyhun Bayramov Qazaxıstanın yeni XİN rəhbərini təbrik edib
  03 Aprel 2023    Oxunub:768
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın yeni baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleunu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Bu barədə AzVision.az -a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazir Ceyhun Bayramov, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə dair əminliyini diqqətə çatdırıb.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti