Nasistlərin xəzinə xəritəsi: Yüzlərlə insan axtarışdadır

      Nasistlərin xəzinə xəritəsi:    Yüzlərlə insan axtarışdadır
  07 Yanvar 2023    Oxunub:3662
Hollandiyada II Dünya Müharibəsindən qalan və nasistlərin gizlətdiyi böyük xəzinə olduğu güman edilən xəritə yayımlanıb. İlk dəfə ictimaiyyətə açıqlanan gizli sənədlər arasında yer alan xəritədə nasistlərin milyonlarla avro dəyərindəki qənimətləri hara basdırdıqlarını göstərdiyi iddia edilir.
Məlumatlarda, Hitlerin əsgərləri tərəfindən Arnhem qəsəbəsindəki bankadan saat, almas və zinət əşyalarının oğurlandığı qeyd edilir. Bildirilir ki, guya xəritə və digər sənədlərdə Gelderlanın Betuve bölgəsində xəzinənin saxlandığı yer göstərilib.

"NL Times"in verdiyi məlumata görə, qəniməti tapmaq üçün bir neçə dəfə cəhd edilsə də, nəticə əldə olunmayıb. Xəzinənin insanlar tərəfindən aşkarlandığı və xalqa bildirilmədiyi də səsləndirilən fikirlər arasındadır. Digər tərəfdən Hitlerin itirilmiş xəzinəsinə dair bir neçə yer də göstərilir.

Bunlardan bəziləri belədir:

Almaniya - Erqebir dağları

Monet, Manet və Sezanne və digər sənətçilərin qiymətsiz rəsmləri ilə yanaşı, xalça, heykəllərin Çexiya və Almaniya sərhədindəki dağlarda olan gümüş mədənlərində basdırıldığı güman edilir. Əsərlərinin əksəriyyətinin Holokostun ən tanınmış simalarından biri olan Adolf Eyxmanın göstərişi ilə 1944-cü ildə Macarıstandan talan edildiyi güman edilir. Hazırda dağlar tədqiq olunur. Neytron generatoru ilə 180 metr dərinlikdə axtarış aparan ovçular dağda insanlar tərəfindən yaradılan tunellərin olduğunu aşkarlayıblar.

Almaniya - Valxen gölü

Almaniyanın Bavariyadakı ən dərin və ən böyük Alp göllərindən biri olan Valxen gölünün dibində 56 milyon funt sterlinq dəyərində nasist qızılının olduğu düşünülür. Bu iddia 1945-ci ildə kənd sakinləri gölün yaxınlığında faşistləri görməsi ilə əlaqələndirilir.

Avstriya - Toplitz gölü

Yerli əhali Avstriya Alp dağlarında gölə uzun metal qutuların atıldığını deyir. Bəziləri bu metal qutuların içərisində milyardlarla funt sterlinq dəyərində oğurlanmış qızıl və yəhudilərdən götürdükləri malların harada saxlandığını göstərən sənədlər olduğunu düşünür.

Polşa - Valbjix

Nasistlərin bu bölgəyə qatarla gələrək qızıl xəzinəsi və müxtəlif sənət əsərləri qoyub getdiyi güman edilir. İnsanlar qatarı sonuncu dəfə bölgədəki Valbjix dağlarına çatanda görüblər.

Almaniya - Velsburq

Orta əsr qalası olan Velsburq nasistlərin qərargahı kimi tanınırdı. Nasistlər də qalanın mistik güclərə malik olduğuna inanırdılar.

Polşa - Mamerku

Keçən il xəzinə ovçuları çoxdan itmiş "Kəhrəba otağı"nın (Amber Room) bu ərazidə olduğunu düşünməyə başlayıblar.

AzVision.az





Teqlər:





Xəbər lenti