Tramp: “Ukrayna Rusiya da ola bilər”

      Tramp:    “Ukrayna Rusiya da ola bilər”
  11 Fevral 2025    Oxunub:448
Amerika üçün əsas məsələ Ukraynaya xərclənən pulların qaytarılmasıdır.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində belə deyib.

“Biz yüz milyardlarla dollar xərcləyirik. Ukraynalılar sövdələşə bilər, razılaşmaya da bilər. Bir gün onlar Rusiya ola, olmaya da bilər, amma bizim pullarımız oradadır və mən onları geri qaytarmaq istəyirəm. Mən artıq onlara dedim ki, təxminən 500 milyard dollar dəyərində nadir metallar ekvivalenti almaq istəyirəm. Mahiyyət etibarı ilə, onlar artıq bununla razılaşıblar, ona görə də heç olmasa özümüzü axmaq kimi hiss etmirik”, - Tramp vurğulayıb.

Bundan əvvəl bildirilmişdi ki, ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq yaxın həftələrdə müharibəyə son qoymağın bir neçə variantını açıqlamağı planlaşdırır. Alınan bütün təkliflərin Trampın Vladimir Putin və Volodimir Zelenski arasında birbaşa danışıqlar üçün zəmin hazırlamağa kömək edəcəyi gözlənilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Ukrayna   pullar  





Xəbər lenti