Tramp Zelenski ilə danışıqların anonsunu verib

   Tramp Zelenski ilə danışıqların anonsunu verib
  11 Fevral 2025    Oxunub:434
ABŞ prezidenti Donald Tramp bu həftə Ukrayna lideri Vladimir Zelenski ilə danışıq aparacağını bildirib. O, həmçinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloqun yaxın vaxtlarda Kiyevə səfər edəcəyini təsdiqləyib.
AzVision.az “Radio Free Europe” radiosuna istinadən xəbər verir ki, Tramp Kelloqun Ukraynaya səfərinin vədəsini açıqlamasa da, Qərb mətbuatı bunun fevralın 20-də baç tutacağını yazır.

“Biz gözləntilərimizi müttəfiqlərimizə çatdıracağıq. Münhendən qayıdanda biz prezidentə seçimlər təqdim etmək istəyirik ki, o, sülh prosesində birbaşa iştirak edəndə bunun onun üçün necə görünəcəyini bilsin”, – Kelloq “The Associated Press (AP)” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ağ Ev çoxdan gözlənilən danışıqların təfərrüatlarını yekunlaşdırır və bu, Trampın əsas köməkçilərinə yeni administrasiyanın müharibəyə yanaşması barədə mesaj çatdırmaq üçün ilk fürsəti verir.

- Prosesin necə getdiyini bildiyimiz üçün hamımız bir araya gəlsək və bunu qrup şəklində müzakirə etsək, yəqin ki, Zelenski üçün daha yaxşı olardı”, - ABŞ prezidentinin xüsusi nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov da, öz növəbsində, Volodimir Zelenskinin Kelloqla fevralın 14-də başlayacaq Münhen Təhlükəsizlik Konfransında görüşəcəyini bildirib.

Eyni zamanda, konfrans çərçivəsində Zelenski ilə ABŞ-nin vitse-prezidenti Cey Di Vens arasında da görüş baş tuta bilər. Münhen Təhlükəsizlik Konfrnasında ABŞ-nin Dövlət katibi Marko Rubio və Müdafiə naziri Pit Heqset də iştirak edəcəklər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Kelloq   Zelenski  





Xəbər lenti