KİV: Qərb Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə hazır deyil

      KİV:    Qərb Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə hazır deyil
  07 Yanvar 2023    Oxunub:870
Kiyev hakimiyyətini zirehli texnika ilə təmin etməyi öhdəsinə götürmüş Avropa ölkələrinin Ukraynaya yeni hərbi yardım paketi göstərir ki, Qərb münaqişənin sülh yolu ilə həlli əhval-ruhiyyəsində deyil.
AzVision.az xəbər verir ki, bu barədə "The New York Times" analitiklərə istinadən məlumat yayıb. Alman analitik Ulrix Şpek bildirib ki, Fransa, Almaniya və ABŞ hərbi yardım göstərməklə yaxın aylarda Ukraynanı yeni potensial hücuma hazırlayır: "Həmçinin, onun dəstəyi Moskvaya siqnal göndərir ki, biz (Qərb - Red) tezliklə sülh danışıqları aparmaq yolunda deyilik".

Bundan əlavə, Şpek qeyd edir ki, Qərb ölkələrinin qərarı münaqişənin mümkün eskalasiyası ilə bağlı “qorxu faktorunun azaldılmasını” nümayiş etdirir.

Qeyd edək ki, ABŞ Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb. Yeni hərbi yardım paketi Vaşinqtonun Kiyevə indiyədək verdiyi ən böyük dəstəkdir. Bu dəstək hərbi əməliyyatların intensivliyinin arta biləcəyi yaz fəslinədək Ukrayna Ordusunun maksimum dərəcədə gücləndirilməsinə yönəldiləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti