Rusiya Xarici İşlər Nazirliyinin binasında yanğın olub

   Rusiya Xarici İşlər Nazirliyinin binasında yanğın olub
  06 Yanvar 2023    Oxunub:895
Rusiya Xarici İşlər Nazirliyinin binalarından birində zirzəmidə yerləşən texniki otaqda yanğın baş verib. Bu barədə nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, xəsarət alan olmayıb, Fövqəladə Hallar Nazirliyi hadisə yerində işləyir. "Mümkün səbəb qısaqapanmadır",- Zaxarova deyib.

Qeyd edək ki, ötən ilin noyabrın sonunda Moskvanın mərkəzində Əlcəzairin Rusiyadakı səfiri Smail Benamaranın iqamətgahının binasında yanğın baş vermişdi. Fövqəladə Hallar Nazirliyi bildirmişdi ki, yanğına səbəb köhnə naqillər olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti