Türkiyə hava yüklərinin daşınması ilə bağlı Ermənistanı məlumatlandırdı

   Türkiyə hava yüklərinin daşınması ilə bağlı Ermənistanı məlumatlandırdı
  06 Yanvar 2023    Oxunub:785
Türkiyə tərəfi birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın götürülməsi barədə Ermənistanı məlumatlandırıb.
Bu barədə Sputnik Ermənistan-a Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Hunanyan bildirib. XİN nümayəndəsi xatırladıb ki, yükdaşımaların təşkil edilməsi Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında iyul görüşündə əldə olunmuş razılaşmalardan biridir.

"Növbəti gözləntimiz üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarının təmin edilməsinə dair sazişin mümkün qədər tez həyata keçirilməsidir, - Hunanyan bildirib.

Daha əvvəl Türkiyənin "Habertürk" telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb ki, hər iki ölkə danışıqlar zamanı birbaşa hava yüklərinin daşınmasındakı maneələri aradan qaldırmaq qərarına gəlib.

Qeyd edək ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur və sərhəd Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti