Fransızsayağı həyasızlıq: Türkiyəyə qarşı növbəti ərazi təxribatı

      Fransızsayağı həyasızlıq:    Türkiyəyə qarşı növbəti ərazi təxribatı
  06 Yanvar 2023    Oxunub:1018
Fransanın “Frans 24” telekanalı PKK ilə bağlı hazırladığı süjetdə Türkiyənin ərazisinin bir hissəsini “Kürdüstan” olaraq göstərib.
AzVision.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb. Bildirilib ki, telekanalın təxribatı bununla bitməyib.

Sujetdə PKK-nın yalnız Ankara tərəfindən terrorçu kimi tanındığı deyilib və qanlı terror təşkilatına açıq şəkildə dəstək ifadə edilib. Həmçinin PKK-nın Avropa Birliyinin terror təşkilatları siyahısında olması faktı da qeyd olunmayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti