İngiltərədə xəstəxana böhranı: Xəstələr otellərə yerləşdirilir

   İngiltərədə xəstəxana böhranı:    Xəstələr otellərə yerləşdirilir
  06 Yanvar 2023    Oxunub:933
İngiltərədə qrip virusu səbəbindən xəstəxanalarda yer çatışmazlığı yaranıb. Ölkənin müxtəlif bölgələrindəki tibb müəssisələrində ehtiyac duyulan xəstələr üçün yerlərin boşaldılmasına başlanılıb. Çıxarılan xəstələr isə otellərə yerləşdirilib.
İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) hazırda etirazların nəticələri və şiddətli qrip epidemiyası ilə mübarizə aparır. Həkim tətilləri ilə başlayan və dərman böhranı ilə davam edən səhiyyə sistemi böhranının yeni nöqtəsi artıq xəstəxanalardır. Bristol, Şimali Somerset və Cənubi Qlosterşirdəki otellər təcili müalicəyə ehtiyacı olmayan, lakin sosial qayğıya ehtiyacı olan xəstələr üçün istifadə olunur.

Qeyd edək ki, 2020-ci ilin əvvəlində başlayan COVID pandemiyasından bəri bəzi xəstəxanalar həddindən artıq sıxlığı azaltmaq və tibbi səbəb olmadan hələ də stasionar müalicə alanlar tərəfindən tutulan çarpayıların evakuasiyasını sürətləndirmək üçün baxım otellərini açıb bağlayırlar. Bura əsasən tibbi ehtiyacları az olan insanlar üçün istifadə olunurdu.

Qeyd edək ki, Böyük Britaniyada COVID-19-a yoluxma halları az olsa da, virusa görə həkimlərin işə getməməsi dekabrda noyabr ayı ilə müqayisədə 47 faizdən çox artıb.

NHS məlumatlarına görə, bir ay əvvəl 520 nəfər qrip səbəbiylə xəstəxanalarda qalırdısa, keçən həftə 3746 nəfər eyni səbəbdən müalicə olunub.

İngiltərədə COVID-19 və qrip epidemiyasının eyni anda yaşanması nəticəsində xəstlənən həkimlərin sayı 20 faiz artaraq 52 min 556-dan 63 min 296-a yüksəlib.
NHS-in beynəlxalq tibb direktoru professor Stefan Povis qripə yoluxma hallarının son bir ayda 7 dəfə artması və korknavirus pandemiyasının davam etməsi səbəbindən "twindemic" vəziyyətinin yaşandığını bildirib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti