Çin və Türkmənistan strateji tərəfdaş oldu

Çin və Türkmənistan strateji tərəfdaş oldu
  06 Yanvar 2023    Oxunub:931
Çin Xalq Respublikasının Sədri Si Cinpin və Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov iki ölkə arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlığa yüksəldildiyini elan ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Belə bir qərar Pekində Xalq Assambleyası Palatasında (parlament - Red) baş tutan danışıqlar zamanı qəbul edilib. İki ölkə liderləri Çin-Türkmən münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bəyan ediblər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Çin   Türkmənistan  





Xəbər lenti