Böyük çölün kotlet problemi

// “McDonald's” Qazaxıstandan gedəcək?

  Böyük çölün kotlet problemi
  05 Yanvar 2023    Oxunub:818
2022-ci ilin martında “McDonald's” əvvəlcə Rusiyada fəaliyyətini dondurdu, sonra isə biznesi sataraq, ölkədən getdi. Qazaxıstandakı şəbəkəyə isə Rusiyadakı tədarükçülərdən kotlet almaq qadağan olundu.
Nəticədə ötən ilin noyabr ayından şəbəkənin ətlə təchizatında problemlər müşahidə olunmağa başladı. “Bloomberg”in məlumatına görə, Avropa ölkələrindən Qazaxıstandakı “McDonald's” restoranlarına kotlet çatdırılması çox baha başa gəlir. Bu zaman biznes faktiki rentabelsiz olur. Ona görə də restoranların bəziləri fəaliyyətini artıq dayandırıb. Qapısını bağlayan filialların sayı getdikcə artır.


Məsələni qəlizləşdirən amillərdən biri də odur ki, franşizanın Qazaxıstan bölməsinin əvvəlki rəhbəri Kayrat Boranbayev irimiqyaslı yeyintidə ittiham olunaraq, ötən ilin martında həbs edilmişdi. Keçmiş prezident Nursultan Nazarbayevin qohumlarından olan Boranbayev həm də Belarusdakı franşizanın rəhbəri idi. Həmin şəbəkə də lisenziyadan məhrum olunub.

Samir Quliyev
AzVision.az



Teqlər: Qazaxıstan   Biznes  





Xəbər lenti