ABŞ Ukraynaya 3 milyardlıq yeni hərbi yardım ayırır

   ABŞ Ukraynaya 3 milyardlıq yeni hərbi yardım ayırır
  05 Yanvar 2023    Oxunub:808
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi təxminən 3 milyard dollara başa gələcək
AzVision.az xəbər verir ki, bu barədə Associated Press ABŞ rəsmilərinin mənbələrinə istinadən məlumat yayıb.

"Reuters" isə qeyd edir ki, Kiyevə yeni hərbi yardım paketi yanvarın 6-da elan ediləcək və bu paketə 50-yə yaxın "Bradley" piyada döyüş maşını daxildir.

"Bradley"dən əlavə, yeni hədəflənmiş yardım paketinə "Humvee" hərbi maşınları, MRAP çoxməqsədli avtomobilləri, həmçinin "böyük miqdarda" raketlər və digər döyüş sursatları daxil olacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti