İrandan Fransa karikaturalarına cavab: Bu İnstitutu bağlayacaq

      İrandan Fransa karikaturalarına cavab:    Bu İnstitutu bağlayacaq
  05 Yanvar 2023    Oxunub:968
İran Xarici İşlər Nazirliyi Fransanın “Charlie Hebdo” jurnalının karikaturalarına cavab olaraq İrandakı Fransa Araşdırmalar İnstitutunu bağlayacağını bildirib. Bu barədə Mehr agentliyi məlumat yayıb.
XİN “Charlie Hebdo” jurnalını tanınmış əxlaq normalarını, dini ziyarətgahları, siyasi və dini hakimiyyətin nüfuzunu pozmaqda, İranın suverenlik rəmzlərini və milli dəyərlərini təhqir etməkdə ittiham edir.

“Təəssüf ki, uzun illərdir ki, “ifadə azadlığı”kimi nəcib məfhumdan jurnal pərdə kimi istifadə edərək insanı, insan ləyaqətini, yüksək mənəviyyatı ləkələyir.

Əvvəlki illərdə peyğəmbərin təhqiramiz karikaturalarının dərc edilməsi bütün dünya müsəlmanlarının qəzəbinə və etirazına səbəb olub”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Məşhur "Charlie Hebdo" jurnalı öz xüsusi buraxılışını Əli Xameneyini ələ salan karikaturalara həsr edib. Dekabrın 8-də jurnal iranlıların azadlıq mübarizəsinə dəstək məqsədilə İranın ali rəhbəri ilə bağlı karikatura müsabiqəsinə başlayıb.

Hadisə ilə bağlı İran XİN Fransa səfirini çağıraraq, etirazını bildirib və nota təqdim edib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti