Amazon 18 mindən çox işçini ixtisar edəcək

   Amazon 18 mindən çox işçini ixtisar edəcək
  05 Yanvar 2023    Oxunub:665
Amazon 18 mindən çox işçini ixtisar edəcək. Bu haqda onlayn pərakəndə satış şirkətinin baş direktoru Endi Cessi şirkətin saytında yerləşdirilən yazısında bildirib.
2022-ci ilin noyabrında Amazon rəhbərliyinin 10 min işçini ixtisar etmək niyyətində olduğu deyilirdi. Cessi əlavə ixtisarların mümkünlüyü barədə xəbərdarlıq edərək qeyd edib ki, iqtisadi qeyri-müəyyənlik və son iki ildə çoxlu sayda işçinin işə götürülməsi növbəti ildə belə bir planlamaya rəvac verib.

Bildirilir ki, təhlilin nəticələrinə əsasən şirkət rəhbərliyi bir neçə vəzifənin ləğv olunması ilə bağlı çətin qərar qəbul edib.

Ümumilikdə, cessinin qeyd etdiyi kimi, 18 mindən çox işçi, əsasən, satış və işə qəbul departamentlərindən ixtisar olunacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti