Maskın 140 min dollarlıq kirayə borcu: "Twitter" məhkəməyə verildi
![Maskın 140 min dollarlıq kirayə borcu: "Twitter" məhkəməyə verildi Maskın 140 min dollarlıq kirayə borcu: "Twitter" məhkəməyə verildi](https://azvision.az/photos/2023/01/1672911211.jpg)
Ev sahibi məhkəmədən vəkil haqqı da daxil olmaqla, ödənilməmiş icarə haqqı və faizlə 136,250 dollar ödənilməsini tələb edir.
İcarədar Hartford binasının 30-cu mərtəbəsi üçün icarə haqqı ödənilmədiyi təqdirdə beş gün ərzində defolt edəcəyi barədə dekabrın 16-da sosial media nəhənginə xəbərdar edildiyini bildirib.
Qeyd edək ki, dekabr ayında mediayada çıxan xəbərlərdə İlon Maskın 44 milayrd dollara aldığı "Twitter"in mərkəzi ofisi və digər filiallarının kirayə haqlarının həftələrlə ödənmədiyi meydana çıxıb. Şirkət çarter reyslərinin haqqını ödəməkdən imtina etdiyinə görə də məhkəməyə verilib.
Noyabr ayında İlon Mask daha çox nəğd pul qazanılmağa başlanılmasa sosial media nəhənginin iflas edəcəyinin yüksək ehtimal olduğunu söyləmişdi. O, bu barədə şikət işçiləri ilə danışarkən məlumat vermişdi.
"Twitter"in yeni sahibi xərcləri azaltmaq üçün şirkət işçilərinin yarısını, eyni zamanda əksər yüksək səviyyəli rəhbərləri işdən çıxarıb və qalan işçilərə evdən işləməyi dayandırmağı bildirib.
Xatırladaq ki, "Twitter" yanvarın ortalarında ofis mebeli və mətbəx avadanlıqlarını hərraca çıxarmağı planlaşdırır.
Aytən Zəhra
AzVision.az
Teqlər: